
”Turan Tovuz” futbolçusu Alexandro Serrano ilə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi 2026/2027-ci illər mövsümünün sonunadək Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Alexandro Serrano "Turan Tovuz"un heyətində Premyer Liqada 70 oyun keçirib və 5 qol vurub.