
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyunu Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında baş tutub.
Yevlax şəhər stadionu hazırda təmirdə olduğu üçün görüş fərqli arenada keçirilib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib - 1:1.
Hesabı 54-cü dəqiqədə "Qəbələ"nin konqolu legioneri Domi Massumo açıb. 78-ci dəqiqədə isə "qırmızı-qaralar"ın daha bir futbolçusu Murad Musayev topu öz qapısına göndərib.
Qeyd edək ki, avqustun 16-da "İmişli" - "Turan Tovuz" və "Neftçi" - "Şamaxı", avqustun 17-də "Sumqayıt" - "Kəpəz", avqustun 19-da isə "Zirə" - "Araz-Naxçıvan" oyunları olacaq. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.
------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış oyunu Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında baş tutacaq.
Yevlax şəhər stadionu hazırda təmirdə olduğu üçün görüş fərqli arenada keçiriləcək.
Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Bu komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar. Hər iki klub ötən mövsüm I Liqada ilk "3-lüy"ə düşdüyü üçün elitaya vəsiqə qazanıb.
Azərbaycan Premyer Liqası
I tur
15 avqust (cümə)
17:00. “Karvan-Yevlax” – “Qəbələ” - 1:1
Qollar: Murad Musayev, 78 (avtoqol) - Domi Massumo, 54
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı şəhər stadionu.
Qeyd edək ki, ilk turda 6 görüşdən 5-i baş tutacaq. Avqustun 16-da "İmişli" - "Turan Tovuz" və "Neftçi" - "Şamaxı", avqustun 17-də "Sumqayıt" - "Kəpəz", avqustun 19-da isə "Zirə" - "Araz-Naxçıvan" oyunları nəzərdə tutulub. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.