
Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Neftçi" komandası eyniadlı arenada "Şamaxı"nı qəbul edib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Hər iki qol standart vəziyyətdən vurulub. 23-cü dəqiqədə qonaq komandanın yeni transferi Karim Rossi cərimə zərbəsini dəqiq yerinə yetirib. 45+2-ci dəqiqədə isə meydan sahiblərinin kapitanı Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.
73-cü dəqiqədə "Neftçi"nin və Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov zədələnərək, əvəzlənib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə heç-heçə edib - 1:1. "Turan Tovuz" isə "İmişli"yə qalib gəlib - 1:0.
---------------------
Azərbaycan Premyer Liqasında I turun növbəti qarşılaşması keçirilib.
Sportnet.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında debütant "İmişli" və çempionluğa iddialı "Turan Tovuz" komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda təşkil olunmuş görüş Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+9-cu dəqiqədə Roberto Olabe vurub.
90-cı dəqiqədə "Turan Tovuz"un hücumunu dəf edən zaman "İmişli"nin qapıçısı Andrey Sinenka ilə müdafiəçi Dioqo Rollo kəllə-kəlləyə toqquşub. Zərbənin gücündən yerdə qalan oyunçulara hər iki komandanın həkimləri yardım göstərib. Müdaxiləyə baxmayaraq, onlar matça davam edə bilməyiblər və əvəzləniblər.
Qeyd edək ki, turun açılış oyununda "Karvan Yevlax" "Qəbələ" ilə heç-heçə edib - 1:0. Bu gün saat 20:00-da "Neftçi" və "Şamaxı" komandaları üz-üzə gələcəklər.
-------------------------------
Azərbaycan Premyer Liqasında bu gün I turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, iddialı komandalardan “Turan Tovuz” ev oyunlarını keçirdiyi Şamaxıda debütant “İmişli”nı sınağa çəkəcək.
“Neftçi” isə yerli azarkeşləri önündə “Şamaxı”nı məğlub etməyə çalışacaq.
Turun ilk görüşündə dünən “Karvan-Yevlax” – “Qəbələ” oyununda heç-heçə (1:1) qeydə alınıb. I tur sabah baş tutacaq daha 2 qarşılaşma ilə davam edəcək.
Azərbaycan Premyer Liqası, I tur
16 avqust
17:00 “İmişli” – “Turan Tovuz” - 0:1
Qol: Roberto Olabe, 90+9
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
20:00 “Neftçi” – “Şamaxı” - 1:1
Qollar: Emin Mahmudov, 45+2 - Karim Rossi, 23
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Neftçi Arena”