
"Turan Tovuz" son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan Enrike Silvanı transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalayıb.
Yetirməsi olduğu “Vasko da Qama”nın (Braziliya) heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib.
Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.