
Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçi olduğu yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Görüş millinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 65-ci dəqiqədə Onur Əliyev vurub.