
"Turan"ın sabiq baş məşqşisi Naci Şensoy sosial şəbəkə hesabında "Qarabağ"la bağlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Macarıstanda "Ferentsvaroş" qalib gəldiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı yazıb.
O, Azərbaycan çempionunu Türkiyənin nəhəng komandalarına nümunə göstərib: "Fənərbaxça"nın, "Beşiktaş"ın prezidentləri və ümumiyyətlə Türkiyədəki klublar gedin "Qarabağ"ın rəhbərliyindən və baş məşqçisindən 20 milyon avro büdcə ilə Çempionlar Liqasına necə vəsiqə qazanmağın mümkün olduğunu öyrənin. Pul çox şeydir, amma hər demək deyil".
Qeyd edək ki, "Qarabağ" səfərdə Macarıstan təmsilçisinə 3:1 hesabı ilə qalib gəlib.