
Azərbaycan Premyer Liqasında bu gün II turun daha 2 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Şamaxı" "Sabah"ı, "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib.
Hər iki matç qonaqların eyni hesablı qələbəsi ilə yekunlaşıb - 2:1.
Şamaxı şəhər stadionunda keçirilmiş qarşılaşmada qonaqların hər iki qolunu Coy-Lens Mikels vurub. Meydan sahiblərindən yeni transfer Dioqo Balau fərqlənib.
"Turan Tovuz" isə ev oyunları üçün yararlandığı "Azersun Arena"da "Araz-Naxçıvan"a eyni hesabla uduzub. İlk 2 qolu qonaq komandanın yay transferləri Şarl Boli və Ba-Muaka Simakala vurub. Tovuz təmsilçisinin gücü penalti ilə təsəlli qoluna çatıb.
Beləliklə, ilk 2 oyunda xal itirməyən yeganə komanda "Sumqayıt"dır. "Qarabağ"la ilk tur matçı təxirə salınmış "Sabah" da yeganə oyunundan maksimum xal əldə edib.
Azərbaycan Premyer Liqası, II tur
24 avqust (bazar)
17:00. “Şamaxı” - “Sabah” - 1:2
Qollar: Dioqu Balau, 58 - Coy-Lens Mikels, 1; 76
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Şamaxı şəhər stadionu
19:30. “Turan Tovuz ” - “Araz-Naxçıvan” - 1:2
Qollar: Alexandro Serrano, 77 (pen.) - Şarl Boli, 38. Ba-Muaka Simakala, 52
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
“Azersun Arena”
25 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” - “Zirə”
22 avqust (cümə)
“Qarabağ” - “Sumqayıt” - 0:1
“İmişli” - “Neftçi” - 0:0
23 avqust (şənbə)
“Kəpəz” - “Karvan” - 2:3