
Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, D qrupunda yer alan yığma İslandiyanın qonağı olub.
Reykyavík şəhərindəki "Lauqardalsvöllur" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Azərbaycan millisi ilk yarıda bir top buraxıb. 45+2-ci dəqiqədə Viktor Palsson fərqlənib. İslandiya yığması ikinci hissədə qolla başlayıb. İsak Berqmann Yohanesson 47-ci dəqiqədə fərqi artırıb. O, 56-cı dəqiqədə də qol vuraraq, dubl edib. Son 2 qola isə Albert Qudmunsson 67-ci, Kristian Hlinsson 73-cü dəqiqədə imza atıb.
Beləliklə, oyun ərzində heç bir hücum qura bilməyən Fernandu Santuşun baş məşqçi olduğu kollektiv növbəti məğlubiyyətlə üzləşib. Bu, Santuşun millidə 11-ci rəsmi matçda 10-cu məğlubiyyəti olub.
-----------------------------------------------
Bu gün Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçi olduğu kollektiv Reykyavikdə İslandiyanın qonağı olacaq.
Niderlandlı baş hakim Sander van der Eykin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Azərbaycan millisi yerli iqlimə uyğunlaşmaq üçün İslandiyaya oyundan 3 gün əvvəl - sentyabrın 2-də yollanıb. Santuşun gəlişindən sonra 10 rəsmi oyunun heç birində qələbə qazana bilməyən yığma cəmi 1 heç-heçə ilə kifayətlənib.
DÇ-2026, seçmə mərhələ
D qrupu
5 sentyabr
22:45. İSLANDİYA - AZƏRBAYCAN - 5:0
Qollar: Viktor Palsson, 45+2; İsak Berqmann Yohannesson, 47, 56; Albert Qudmundsson, 66; Kristian Hlinsson, 73
Reykyavík, "Lauqardalsvöllur" stadionu
Qeyd edək ki, D qrupunun digər oyununda Ukrayna Fransanı qəbul edəcək.