
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası bu gün Parisə yola düşüb.
Sportnet.az xəbər verir ki, Millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxıb.
Komandamız oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da qarşılaşmanın keçiriləcəyi “Park de Prens” stadionunda son məşqini edəcək.
Qeyd edək ki, Fransa – Azərbaycan oyunu oktyabrın 10-da Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.