
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına xəbərdarlıq edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Bürosunun (CEDB) iclasında qərar çıxarılıb.
Səbəb kimi yığmanın sentyabrın 5-də səfərdə Portuqaliya ilə oyun zamanı yolverilməz davranışları göstərilib.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.