“İlk hissədə iki qol vuraraq önə keçdik. Hesabı daha da artıra bilərdik”.
Bu sözləri Sportnet.az-a açıqlamasında “Sabah”ın futbolçusu Coy-Lens Mikels səfərdə "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra deyib.
Almaniyalı yarımmüdafiəçi bildirib ki, qələbəyə baxmayaraq, çoxlu səhvlərə yol veriblər: “Kəpəz”in ilk hissənin sonunda vurduğu qol bizi bir qədər həyəcanlandırdı. Baş məşqçimiz Valdas Dambrauskas oyunumuzdan narazı qaldı və düz deyir. Biz daha çox qol vurmalı idik. Baş məşqçi oyunu kənardan daha yaxşı görür və bizdən böyük gözləntiləri var. Dekabrda bizi çox çətin oyunlar gözləyir. İlk dövrədə itirdiyimiz xalları geri qaytarmaq istəyirik”.
Qeyd edək ki, Coy-Lens Mikels “Sabah”ın ikinci qolunu vurub.











































































