Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" "Sabah" komandasını qəbul edib.
FIFA referisi Elçin Məsiyev ilk yarıda meydan sahiblərinin qolunu VAR müdaxiləsindən sonra hesaba almayıb. İkinci hissədə isə qonaq komanda 3 qol vurub. Amin Seydiyev 54-cü, Stiv Solvet 60-cı, Kahim Parris, 90+3-cü dəqiqədə fərqlənib.
Daha bir debütant "Karvan-Yevlax" isə "Azersun Arena"da "Qarabağ"ın qonağı olub. Yevlax komandası bu matça yeni baş məşqçi Füzuli Məmmədovun rəhbərliyi altında çıxıb. Oyuna ehtiyat qüvvə ilə başlayan "Qarabağ" uzun müddət hesabı aça bilməyib. Yalnız ikinci hissədə meydana daxil olan əsas heyət üzvləri 2:0 hesablı qələbəni təmin ediblər. Emmanuel Addai 79-cu, Nəriman Axundzadə 89-cu dəqiqədə fərqlənib.
Bu nəticələrdən sonra "Qarabağ" 12 oyundan 29 xalla 1-ci pillədə qalıb. Eyni sayda oyun keçirmiş "Sabah" 25 xalla 3-cü pilləyə yüksəlib. "İmişli" 13 oyundan 15 xalla 8-ci, "Karvan-Yevlax" 5 xalla sonuncu - 12-ci yerdə qərarlaşıb.
-----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar yenə bölgələrdə təşkil olunacaq.
"İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"ı qəbul edəcək. Premyer Liqanın debütantı ötən tur "Neftçi"yə səfərdə 3:2 hesabı ilə qalib gələrək, paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasovun istefasına nail olub. İlk dövrədə isə bu komanda məhz "Sabah"ı səfərdə yenməyi bacarmışdı - 1:0.
Öz növbəsində, Masazır təmsilçisi ötən tur evdə "Şamaxı" ilə bacarmayıb - 0:0. Bu, həm də komandalar arasında yeganə görüş olub.
Hazırda "İmişli" 12 oyundan 15 xalla 8-ci, "Sabah" isə 11 matçdan 22 xalla 4-cü yerdə gedir.
Günün digər matçında "Qarabağ" "Azersun Arena"da daha bir debütant "Karvan-Yevlax"ı qəbul edəcək. Ağdam komandası ötən tur səfərdə "Sumqayıt"ı yenib - 4:2. Yevlaxlılar isə yenidən istifadəyə verilmiş doğma arenada "Kəpəz"ə 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Azər Həşimov istefaya göndərilib və komandanı yeni baş məşqçi qismində "Qarabağ" önünə Füzuli Məmmədov çıxaracaq.
Bugünkü rəqiblər müvafiq olaraq, 11 oyundan 36 xalla 1-ci və 12 matçda 5 xalla sonuncu - 12-ci yerdə gedirlər.
İki kollektiv arasında ilk dövrədə baş tutmuş yeganə matçda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası, XIII tur
29 noyabr (şənbə)
14:30. “İmişli” – ”Sabah" - 0:3
Qollar: Amin Seydiyev, 54. Stiv Solvet, 60. Kahim Parris, 90+3
Sarı vərəqələr: Luis Silvestr, 62 (qeyri-idman hərəkəti); Dioqo Rollo, 62 (qeyri-idman hərəkəti) - Umarali Raxmonaliyev, 62 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 62 (qeyri-idman hərəkəti)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rauf Cabarov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Quba OİK stadionu, 350 tamaşaçı
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç (5. İdris İnqilablı, 71) 29. Edvin Banquera 14. Ronaldo de Souza (44. Həzrət İsayev, 71) 6. Yau Mozes (22. İbrahim Əliyev, 71) 9. Dioqo Almeyda 23. Dioqo Rollo (97. Xəzər Mahmudov, 82) 17. Ezekiel Morqan (21. Abbas Ağazadə, 82) 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 70. Mehdi Tahirov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
“Sabah”: 92. Stas Pokatilov 46. Aleksey İsayev (11. Kahim Parris, 84) 2. Amin Seydiyev (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels (8. Ayaz Quliyev, 90+2) 21. Velko Simiç 40. İqor Noqeyra 3. Stiv Solvet 27. Timoteuş Puxaç (5. Rəhman Daşdəmirov, 90+2) 33. Umarali Raxmonaliyev 19. Aron Maluda (88. Xəyal Əliyev, 75)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 89. Cəfər Muxtarov 80. Akim Zedadka 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
17:00. “Qarabağ” – “Karvan-Yevlax” - 2:0
Qollar: Emmanuel Addai, 79. Nəriman Axundzadə, 89
Sarı vərəqə: Eltun Turabov, 42 (qeyri-idman hərəkəti)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Azersun Arena”, 900 tamaşaçı
“Qarabağ”: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev (10. Abdullah Zubir, 62) 27. Toral Bayramov 22. Musa Qurbanlı (11. Emmanuel Addai, 62) 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt (44. Elvin Cəfərquliyev, 78) 6. Kris Kuaku (35. Pedro Bikalyo, 62) 21. Aleksey Kaşuk (17. Kamilo Duran, 62)
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç
Baş məşqçi: Qurban Qurbanov
“Karvan-Yevlax” 1. Kamran İbrahimov 7. Araz Abdullayev (k) (77. Əli Abdullayev, 70) 32. Elvin Yunuszadə 33. Eltun Turabov (3. Said İranxan, 80) 2. Şakil Sno 12. Vitor Roşa (42. İbrahim Qədirzadə, 80) 11. Kayl Spens (8. Peter Kinqs, 68) 37. Mois Nqvisani 19. Tompson Qavi 10. Samuel Durrant (14. Uğur Cahangirov, 68) 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 5. Nika Çaçaşvili 21. İmani Barker
Məşqçi: Füzuli Məmmədov
Qeyd edək ki, turun ilk oyun günündə "Zirə" səfərdə "Kəpəz"ə qalib gəlib - 2:0. "Turan Tovuz" - "Neftçi" görüşü isə qolsuz tamamlanıb.
i














































































