"Zirə"nin Türkiyənin Antalya bölgəsində yoxlama görüşü keçirəcəyi komandalardan biri Ukrayna "Aleksandriya"sı olacaq.
Sportnet.az rəqib klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma yanvarın 16-da gerçəkləşəcək.
Bu, "Aleksandriya"nın qış toplanışındakı ilk oyunu olacaq. Kirilo Nesterenkonun baş məşqçi olduğu kollektiv qardaş ölkədə ümumilikdə 9 matça çıxacaq.
Qeyd edək ki, "Zirə" yanvarın 3-də Bakıda bir araya gəlib. Rəşad Sadıqovun komandası yanvarın 10-da Antalyaya bir həftəlik təlim-məşq toplanışına yollanacaq. Orada iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Digər rəqibin adına hələlik aydınlıq gəlməyib.















































































