"Qarabağ" və Almaniya "Ayntraxt"ı arasındakı UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında texniki problem yaranıb.
Sportnet.az-ın məlumatına görə, 7-ci dəqiqədə VAR sisteminin işləməməsi müəyyənləşib.
Bu barədə isveçrəli baş hakim Sandro Şörer komandaların kapitanlarına məlumat verib.
Məhz bu səbəbdən, matçın startı 2 dəqiqə gecikib.
Qeyd edək ki, hazırda "Qarabağ" hesabda öndədir - 1:0.












































































