Avropa Liqasının ümumi mərhələsində Niderlandın “Utrext” və Belçikanın “Genk” komandaları arasında keçirilən matç 50 dəqiqə gecikmə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Utrextdə start fiti Bakı vaxtı ilə 00:00-da səslənməli idi. Lakin tribunalarda baş verən iğtişaşlar səbəbindən görüşün başlanğıcı təxirə salınıb.
Polis “Genk” azarkeşlərini qonaq sektorundan çıxarıb, komandalar isə müvəqqəti olaraq alt tunelə yollanıblar.
Qarşılaşmanı irlandiyalı Robert Hennessi başda olmaqla hakimlər briqadası idarə edir.
Qeyd edək ki, “Genk” altı oyundan sonra 10 xal toplayıb, “Utrext”in isə aktivində cəmi 1 xal var.














































































