Fevralın 3-də futzal üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, püşkatma mərasimi AFFA-nın inzibati binasında, saat 12:00-da başlayacaq.
1/8 final mərhələsində 16 komanda – PFL, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Şuşa”, U-19, “Lənkəran”, “Baku Fire-2”, “STAR kargo”, “Yeni Suraxanı”, “Timsport”, “Xan-Lənkəran”, "Dəstə Ordubad”, “Trabzon Azərbaycan”, “Ulduz” və “Atletiko Baku” iştirak edəcəklər.
Hər mərhələ bir görüşdən ibarət olacaq.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunu PFL qazanıb.
















































































