“Şamaxı” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, əyalət komandası “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb.
24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər Ayxan Abbasovun baş məşqçi olduğu komandada çıxış edəcək.
Qeyd edək ki, Abdulla Rzayev bu keçidədək "Turan Tovuz"da icarədə idi.
















































































