“Yenidən ilk səkkizliyə düşmək çox gözəldir. Amma ötən mövsümü xatırlayıram: liqa mərhələsini birinci bitirmişdik və növbəti raundda PSJ ilə qarşılaşmışdıq. Növbəti mərhələ çox çətin olacaq”.
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərə “Liverpul”unun futbolçusu Aleksis MakAllister evdə "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçından sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Argentina millisinin üzvü ilk səkkizliyə yüksəlməyin sevindirici olduğunu vurğulayıb: “Bura qədər gəlməyimiz yaxşı göstəricidir. Bu, bizim üçün uğurlu gecə oldu”.
26 yaşlı yarımmüdafiəçi turnirin sonu ilə bağlı da nikbin danışıb: “Ümid edirəm ki, finala qədər irəliləyə bilərik. Nəyə qadir olduğumuzu bilirik. Sadəcə, hər oyuna ayrı-ayrılıqda yanaşmalıyıq. İndi ilk olaraq növbəti raunddakı rəqibimizi gözləyəcəyik və sonra yolumuza davam edəcəyik”.
Qeyd edək ki, Aleksis Makalister "Qarabağ"la görüşdə "dubl" edərək, matçın ən yaxşı futbolçusu seçilib.












































































