Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.
Sportnet.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyunlarından sonra baş verib.
İngiltərədə "Liverpul"a 0:6 hesabı ilə uduzmasıba baxmayaraq, Azərbaycan təmsilçisi pley-off mərhələsinə yüksəlib.
Bu isə ölkə aktivinə 0,187 xalın əlavə olunması ilə nəticələnib. Hazırda Azərbaycan 22.937 xalla 26-cı sıradadır.
Əvəzində Sloveniya bir pillə geriləyib və 22,843 xalla 27-ci mövqedə qərarlaşıb. 26-cı pillədəki Ukraynanın isə 24,412 xalı var.
Qeyd edək ki, siyahıya 110,908 əmsalla İngiltərə başçılıq edir.












































































