İngiltərənin "Nyukasl" komandası tarixinin ən uzun məsafəli səfərinə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, 134 yaşlı klub təmsil etdiyi eyniadlı şəhərdən Bakıya 2529 mil (4070,031 km) yol gələcək.
Bu, "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə əlaqədar olacaq. Həmin qarşılaşma fevralın 17-də və ya 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, cavab görüşü fevralın 24-də və ya 25-də 52 000 tamaşaçı tutumuna malik "Sent Ceyms Park"da keçiriləcək. Eyni məsafəni "Qarabağ" da qət edəcək. Lakin bu, Azərbaycan komandası üçün ilk uzun səfər olmayacaq. Daha əvvəl - yanvarın 26-da Ağdam təmsilçisi İngiltərə "Liverpul"u ilə oyun üçün 4 157 km yol qət edib və eyni məsafəli yolu geri qayıdıb.













































































