"Qarabağ" heyətinə yeni futbolçu transfer edib.
Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Onun sözlərinə görə, Kiprin "AEK Larnaka" klubunda çıxış edən Ceremi Qnali Bakıya gələcək.
Qurbanov danışıqların hansı mərhələdə olduğunu bilmək üçün rəhbərliklə danışacağını söyləyib.
Qeyd edək ki, Ceremi Qnali fransalıdır, 24 yaşı var, sol cinah müdafiəçisi və sol cinah yarımmüdafiəçisi mövqelərində çıxış edir və 2024-cü ilin avqustundan "AEK Larnaka"nın formasını geyinir. 1,82 metr boya malik oyunçu əvvəllər İspaniyanın "Tarazona" və Melilla" komandalarının şərəfini qoruyub. Qnali Kipr klubunda 60 oyunda 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermark müqaviləsi mayın 31-də başa çatacaq futbolçunun hazırkı bazar dəyərinin 450 min avro olduğunu yazıb.
Hazırda "Qarabağ"ın sol cinahında Elvin Cəfərquliyev və Abdullah Zubir çıxış edir.













































































