Sərdar Salmanzadə Azərbaycan I Liqasında mübarizə aparan "Şəfa" klubunun prezidenti postunu tərk edib.
Sportnet.az-ın klubun rəsmi səhifəsinə istinadən məlumatına görə, Salmanzadə ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Ona klubun inkişafına verdiyi töhfələrə görə təşəkkür ifadə olunub və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Klub qarşısına qoyduğu strateji məqsədlərə doğru fəaliyyətini davam etdirəcəyini də diqqətə çatdırıb.










































































