
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" və "Seltik" (Şotlandiya) komandaları arasında keçiriləcək qarşılaşmadan öncə baş məşqçilər jurnalistlərin sualllarını cavablandıracaq. Sportnet.az-ın məlumatına görə, avqustun 4-də ilk olaraq oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirəcək.
O, 20:30-da media mənsublarının önünə çıxacaq. "Seltik"in baş məşqçisi Ronni Deyla isə 21:00-da jurnalistlərlə görüşəcək. Şotlandların oyunqabağı son məşqi 21:30-da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" - "Seltik" qarşılaşması avqustun 5-i, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
