1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA "Dinamo" - "Qəbələ" matçının cəzalarını açıqladı
UEFA Gürcüstanın "Dinamo" (Tiflis) komandasının cəzasını rəsmən açıqlayıb. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəzarət, Etika və İntizam Komitəsi "Qəbələ" ilə iyulun 2-də keçirilmiş Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə yerli fanatların irqçi davranışını, qeyri-qanuni banner nümayiş etdirmələrini və meydana soxulmalarını bağışlamayıb.
Nəticədə kluba üst-üstə 20 min avro cərimə kəsilib, UEFA bayrağı altında keçirəcəyi növbəti rəsmi oyunda 16-cı sektorun qapadılmasına qərar verilib.
"Dinamo" - "Qəbələ" matçında yerli fanatlar Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi olduğunu iddia edən banner açıblar. Onlar həmçinin Tiflis komandasının ikinci qolundan sonra qol sevincini qeyd edərkən, tribunadan yerə eniblər. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, "Qəbələ" və "Dinamo" arasındakı cavab görüşündə baş verənlərlə bağlı qərarlar hələlik açıqlanmayıb.