AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, 5 futbolçusu sarı vərəqə aldığı üçün yerli komandaya 700 manat cərimə kəsilib.
“Qarabağ” isə azarkeşlərinin rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə 8 000 manat cərimələnib.
Qeyd edək ki, oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:1.














































































