"Şamaxı" bu gün "Sabah"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXX tur matçına itkilərlə çıxacaq.
Bu barədə Sportnet.az-a bölgə təmsilçisinin mətbuat katibi Yusif Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Rikardo Apolinairo və Oruc Məmmədov cəza, Abdulla Rzayev, Ramiz Məmmədov və Davud Məmsumov zədə səbəbilə görüşü qaçıracaq.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlanacaq.
















































































