
Futbol üzrə Rusiya milli komandasına yeni baş məşqçi təyin olunub. Sportnet.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, bu, hazırda Moskva MOİK-inə rəhbərlik edən Leonid Slutskidir.
44 yaşlı mütəxəssislə AVRO-2016-nın seçmə tsiklinin sonunadək müqavilə bağlanılıb. Bu müddətdə Slutski həm Rusiya millisi, həm də MOİK-də baş məşqçi kimi çalışacaq. Qərarı Rusiyanın İdman Nazirliyi də dəstəkləyib.
Qeyd edək ki, Leonid Slutski yeni vəzifədə Fabio Kapellonu əvəzləyib. İtaliyalı mütəxəssis Rusiya millisini ötən ay tərk edib.