Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Lazar Markoviçin sosial şəbəkələrin birində paylaşdığı fikirlər qalmaqala səbəb olub. "Report"un məlumatına görə, serbiyalı hücumçu "Kosova Serbiyanındır" yazılı fikir paylaşıb.
Zədə səbəbindən Serbiya milli komandasının heyətindən kənarlaşdırılan Markoviçin statusu əsasən Türkiyədən olan şəbəkə istifadəçiləri tərəfindən sərt reaksiya görüb.