
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Sofiyada keçiriləcək Bolqarıstan – Azərbaycan oyununu AFFA-nın prezidenti Rövnəq Abdullayev də izləyəcək. Sportnet.az-ın məlumatına görə, bu məqsədlə Abdullayev Bolqarıstana yollanıb.
Qeyd edək ki, Vasil Levski Milli Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.