Türkiyənin "Fənərbağça" klubu 5 mətbu orqanın əməkdaşını stadiona buraxmayıb. Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisinin bu addımı həmin mətbu orqanların əməkdaşlarının klub haqqında həqiqətə uyğun olmayan yazıların yazılması ilə bağlıdır.
Avropa Liqasının qrup mərhələsində Hollandiya "Ayaks"ına qarşı keçirilmiş oyuna buraxılış vəsiqələri olmasına baxmayaraq "Star", "Hürriyet", "Sabah", "Fotomaç" və "Habertürk" qəzetlərinin əməkdaşlarının stadiona girişinə icazə verilməyib.
Klub prezidenti Əziz Yıldırım komandanın oyunöncəsi məşqində mətbuat nümayəndələrinin yanına gələrək "bundan sonra Avropada və Türkiyədə keçirəcəyimiz oyunlara qeydiyyatı mən aparacam və əlehimizdə yazı yazan heç kimi oyuna buraxmayacam" deyib.