Seçki Komissiyası FİFA-nın prezident postuna iddialı olan 7 nəfərin namizədliyini qəbul edib. Sportnet.az-ın məlumatına görə, qeydə alınmış namizədlər sırasında UEFA prezidenti Mişel Platini də yer alıb.
Siyahıda UEFA prezidenti Mişel Platini, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Liberiya Futbol Federasiyasının prezidenti Musa Hassan Biliti, FİFA-nın baş katibinin keçmiş müavini Jerom Şampan, UEFA-nın baş katibi Canni İnfanito, Asiya Futbol Konfederasiyalarının prezidenti Şeyx Salman bin Ebrahim Əl Xəlifə və Cənubi Afrika Respublikası İnsan Resursları Departamentinin sədri Tokyo Seksvaledir.
FİFA prezidentiliyinə seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək.