"Boka Xuniors" klubu Argentina çempionatının vaxtından əvvəl qalibi olub. Sportnet.az-ın məlumatına görə, Buenos-Ayres təmsilçisi XXIX turda "Tiqre" üzərində 1:0 hesablı qələbə sayəsində qızıl medalları təmin edib.
Yeganə qolu 42-ci dəqiqədə Fabian Monson vurub. Bununla da "Boka" ən yaxın izləyicisi "San Lorenso"nu 6 xal qabaqlayıb.
Qeyd edək ki, bu, "Boka Xuniors"un 24-cü Argentina çempionluğu olub. Klub bu göstəricidə yalnız 35 dəfə qızıl medal qazanmış "River Pleyt"dən geri qalır.