21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı və Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlar üçün heyəti açıqlanıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə hazırlıq prosesinə 21 oyunçu dəvət edib.
|
Adı, soyadı |
Klubu |
|
Fəhmin Muradbəyli |
Neftçi |
|
Elşən Abdullayev |
Neftçi |
|
Məqsəd İsayev |
Neftçi |
|
Rahil Məmmədov |
Neftçi |
|
Şahrudin Maqomedaliyev |
Sumqayıt |
|
Cəmil Hacıyev |
Sumqayıt |
|
Tərlan Əhmədli |
Sumqayıt |
|
Adil Nağıyev |
Zirə |
|
Sadiq Quliyev |
Zirə |
|
Azər Salahlı |
Qarabağ |
|
Vüqar Mustafayev |
Qarabağ |
|
Fuad Bayramov |
İnter |
|
Abbas Hüseynov |
İnter |
|
Rəşad Əzizli |
Rəvan |
|
Budaq Nəsirov |
Kəpəz |
|
Azad Kərimov |
Kəpəz |
|
Tural Hümbətov |
AZAL |
|
Elvin Camalov |
Qəbələ |
|
Kerem Behnke |
TSG Neustrelitz (Almaniya) |
|
Taşkın İlter |
TSG Neustrelitz (Almaniya) |
|
Bilal Sezer |
Borussia Münhenqladbax
(Almaniya)
|
Yığmamız 9 - 11 noyabrda və 15 - 17 noyabrda Bakıda, 12 - 14 noyabrda Almaniyanın Regensburq şəhərində təlim-məşq toplanışı keçirəcək. Oyunlar isə noyabrın 13-də səfərdə Almaniya, noyabrın 17-də Bakıda Rusiya komandasına qarşı olacaq.
Qeyd edək ki, Elvin Camalov, Abbas Hüseynov və Fuad Bayramov milliyə noyabrın 10-da, Taskin İlter, Kerem Behnke və Bilal Sezer noyabrın 11-də qoşulacaq.







































































