
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2017-nin seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq. "Report"un məlumatına görə, qarşılaşma Almaniyanın Reqensburq şəhərindəki "Kontinental Arena"da keçiriləcək.
Bolqarıstanlı Svetan Krastevin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Azərbaycan millisi 7-ci qrupda keçirdiyi 5 oyundan yalnız 1-də qələbə qazanıb. Qalan 4 görüşdə isə komanda meydanı məğlubiyyətlə tərk edib. Hazırda Rusiya və Azərbaycan milliləri hərəyə 3 xalla 4-5-ci yerləri bölüşdürürlər. İlk "3-lük"də isə hərəyə 9 xalla Almaniya, Avstriya və Finlandiya qərarlaşıb.
AVRO-2017, 7-ci qrup.
21:00. Almaniya - Azərbaycan - 3:1
Qollar: Timo Verner, 37; 63. Maksimilian Arnold, 43 - Məqsəd İsayev, 30
Almaniya: 12. Timon Vellenröyter,
2. Jeremi Toljan, 5. Niklas Süle, 16. Kevin Akpoquma
3. Mitçel Vayzer, 7. Maks Meyer, 8. Leon Qoretska (kap.), 17. Coşua Kimmix, 21. Maksimilian Arnold, 15. Timo Verner, 22. Serge Qnabri
AZƏRBAYCAN: 1. Şahruddin Maqomedaliyev,
2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (kap.), 6. Vüqar Mustafayev, 7. İlter Taşkın, 8. Elşən Abdullayev, 16. Elvin Camalov, 11. Kərəm Benke
Baş hakim: Svetan Krastev
Baş hakimin köməkçiləri: İvan Valçev, Krum Stoylov
Dördüncü hakim: Stanislav Todorov (hamısı Bolqarıstan)
Reqensburq. "Kontinental Arena"
Qeyd edək ki, U-21 bu il sonuncu oyununu noyabrın 17-də Rusiyaya qarşı keçirəcək. "Bayıl Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.