
"Neftçi" komandası 1966-cı il SSRİ çempionatında bürünc medal qazandığı üçün hər bir futbolçuya 160 manat və xalça verilib. Sportnet.az-ın məlumatına görə, bu barədə flaqmanın sabiq futbolçusu Kazbek Tuayev "Sport Ekspress"ə müsahibəsində bildirib.
K.Tuayev mükafatdan əlavə, onlara QAZ-21 seriyalı "Volqa" avtomobilləri almağa icazənin verildiyini də söyləyib: "Maşını öz hesabımıza aldıq. Qiymətini də xatırlayıram - 5602 rubl. Lakin maşınları satdıq. Əgər 25 min rubla alırdılarsa, saxlamağın nə mənası? Üstəlik, avtomobil idarə etməyi də sevmirəm". (Report)







































































