
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb. Sportnet.az-ın məlumatına görə, E.Məmmədov Çempionlar Liqasının qrup mərhələsində oyun direktoru vəzifəsini icra edəcək.
AFFA rəsmisinin təyinat aldığı BATE (Belarus) - "Bayer Leverkuzen" (Almaniya) oyunu noyabrın 24-də Borisovda keçiriləcək.









                 





    
    
    
    
    
    
    
    
    


























































