
Yeni mövsümdən İngiltərənin "Şeffild Uensdey" klubu "Azerbaijan Land of Fire" (Odlar Yurdu Azərbaycan) yazılmış forma ilə meydana çıxacaq. Sportnet.az-ın məlumatına görə, artıq yeni formalar satışa çıxarılıb.
Azyaşlılar üçün köynəklərin qiyməti 30, yetişkinlər üçün isə 40 funt-sterlinqdən başlayır. Kiçik uşaq dəstlərini isə 35 funta əldə etmək mümkündür. Şortiklərin qiyməti köynəyə nisbətən daha ucuzdur. Yeni formanın şortiklərini almaq istəyən azyaşlılar 15, böyüklər isə 20 funtundan keçməlidir. Corablar isə 8-10 funta satışa çıxarılıb.