"Qalatasaray"ın yeni baş məşqçisi Sezar Prandelli Sabri Sarıoğlunu Avstriya toplanışına aparmayacaq. Sportnet.az-ın məlumatına görə, 26 futbolçunun yer aldığı toplanış siyahısında Sarıoğlunun adı yer almayıb.
Sabri dünən axşam klub rəsmiləri tərəfindən baş məşqçi ilə görüşmək üçün Floryada yerləşən "Metin Oktay" təsislərinə çağırılıb. Ancaq futbolçu görüşdən 1 saat əvvəl olduğu məkanı tərk edib. Kapitanın bu gün yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) mətbuata açıq keçiriləcək məşqdə də iştirak etməyəcəyi açıqlanıb.
Qeyd edək ki, Sabri Sarıoğlunun "Qalatasaray"la olan müqavilə müddəti 1 ildən sonra başa çatacaq.