1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qriqorçukun haqlı olduğunu böyüyəndən sonra anladım"
"Çernomorets”də əsasən əvəzedici heyətdə oynayırdım. Zədən sonra oyun praktikası qazanmaq üçün U-19 komandasında çıxış etməyi xahiş edirdim. Əsas komanda ilə stabil olaraq məşq etməyə isə 2014/2015 növsümündə Roman Qriqorçukun baş məşqçiliyi vaxtında başladım. Böyüyəndən sonra anladım ki, Qriqorçuk məni əsas komandaya buraxmaqda tələsməməklə bağlı necə haqlı imiş”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Çernomorets”in futbolçusu Vladislav Kabayev klubun rəsmi saytına müsahibəsində deyib. Onun yetirməsi olduğu Odessa təmsilçisinin əsas komandasında debütü Avropa Liqasında olub. Özü də "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk "Çernomorets”i çalışdırarkən onu cinah müdafiəçisi mövqeyində oynayıb: "Əsas komandada oynamağım tez idi. Belə olmur ki, meydana çıxıb dərhal hamını aldadasan, qol vurasan və məhsuldar ötürmələr verəsən. Daha doğrusu, belə olmur, ancaq nadir halda. Əgər çox işləsən, hər şey tədircən səndə alınacaq. İndi Roman Qriqorçukla Aleksandr Babiçə minnətdaram ki, mənə inanaraq şans verdilər. Sonda Yeni Zelandiyadada gənclər arasında keçirilən dünya çempionatının final mərhələsinə 8 ay qalmış yığmaya dəvət aldım”.
Kabayev Qriqorçukla digər baş məşqçilərinin hazırlıq prosesini müqayisə edib. Onun fikrincə, hansısa məqamlar Qriqorçukun vaxtındakına oxşayır: "Bizim məşqçilər futbolda müasir baxışlara sadiq qalırlar, hər futbolçuya fərdi yanaşma axtarırlar. Uşaqlıda həmişə birinci hücumçu idim. Əvəzedici heyətdə Aleksandr Babiç məni meydanın mərkəzinə buraxırdı. Roman Qriqorçuk isə ümumiyyətlə, məni cinah müdafiəçisi mövqeyinə çəkdi. Açığı, mənə top uğrunda mübarizə aparmaq çətin idi. Mən baaş düşmürdüm ki, məşqçi məni niyə bu mövqedə istifadə edir. Ancaq Qriqorçukla söhbətimdən sonra onun düşüncəsi mənə aydın oldu. İndi ona yalnız minnətdarlıq edə bilərəm ki, mənə müdafiədə oynamağı öyrətdi”.