Futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, ilk 1/4 finalçılar İspaniya və Almaniyadakı matçlarda müəyyənləşib.
"Real Madrid” klubu İtaliya "Roma”sı ilə təkrar görüşdə də eyni hesablı qələbə qazanıb. Komandanın bombardiri Kriştianu Ronaldo Romadakı oyunda olduğu kimi hesabı açıb.
ÇL-in pley-off mərhələsinin debütantları olan "Volfsburq” ilə "Gent”in duelində gözlənildiyi kimi, birincilər güclü olub. Almanlar Belçika çempionunu evdə də 1 top fərqi ilə yenib. Bununla da "Volfsburq” tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin 1/4 finalında oynayacaq. "Real Madrid”in isə bu mərhələnin iştirakçısı olmasına artıq adət etmişik.