Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Türkiyənin "Karşıyaka" klubunun yeni mövsümə hazırlıq planı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Karşıyaka təmsilçisi hazırlığını Türkiyənin 3 bölgəsində keçirəcək.
Şükürov yeni komandasının ilk məşqdində iştirak etməsə də, artıq düşərgəyə qoşulub. "Karşıyaka" 16-27 iyulda Ödemiş Gölcükdə, 30 iyul - 11 avqustda Ərzurumda, 13-22 avqusta isə Boluda toplanış keçəcək.

Qeyd edək ki, Mahir Şükürov "Karşıyaka" ilə 1+1 illik müqaviləyə qol çəkib.