Rusiyanın "Zenit" klubu hücumçusu Halkın transfer qiymətini açıqlayıb. Sportnetaz-ın məlumatına görə, braziliyalı futbolçunu heyətinə qatmaq istəyən klub 100 milyon avrosundan keçməli olacaq.
Bir müddət əvvəl adı açıqlanmayan Çin klubu 29 yaşlı futbolçu üçün 30 milyon avro təklif edib. Ancaq "Zenit" məbləğin az olması səbəbindən bu keçiddə maraqlı olmayıb.
Qeyd edək ki, Halk 2012-ci ildə Portuqaliyanın "Portu" klubundan transfer olunub.













































































