Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi martın 18-də keçiriləcək. Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
"Atletiko", "Barselona", "Real Madrid" (hər üçü İspaniya), "Bavariya", "Volfsburq" (hər ikisi Almaniya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa) və "Benfika" (Portuqaliya) komandalarının qatılacağı mərasimdə cütlüklər "kor püşk" nəticəsində müəyyənləşəcək. Yəni, bu zaman ölkənin 2 komandasının bir-biri ilə rəqib olma ehtimalı da var.
Qeyd edək ki, 1/4 final görüşləri 5-6 apreldə və 12-13 apreldə keçiriləcək.









































































