Türkiyə milli komandasının İstanbulda keçirəcəyi təlim-məşq toplanışı təxirə salınıb. Sportnet.az-ın məlumatına görə, bu qərar Super Liqada "Qalatasaray" - "Fənərbağça" derbisinin ertələnməsindən sonra qəbul edilib.
"Ay-ulduzlular" martın 21-də bir araya gələrək, "Kasımpaşa" stadionunda ilk məşqə çıxacaqdılar. Amma Türkiyə Futbol Federasiyası komandanın sabah günorta vaxtı Antalyaya yollanmasına qərar verib. Türkiyə millisi bir neçə saatlıq istirahətdən sonra elə həmin şəhərdə axşam məşqinə çıxacaq. Martın 24-də isə İsveçlə yoldaşlıq görüşü keçiriləcək.
Qeyd edək ki, martın 21-dən Azərbaycan yığmasının elə Antalyada təlim-məşq toplanışı start götürəcək. Bir həftəlik hazırlıq prosesi çərçivəsində martın 26-da Qazaxıstanla yoldaşlıq görüşü nəzərdə tutulub.







































































