"Qəbələ”nin rusiyalı sabiq legioneri Marat İzmaylov yaxın vaxtda yenu klubunda məşqlərə başlayacaq. Sportnet.az-ın məlumatına görə, bu haqda 34 yaşlı yarımmüdafiəçinin portuqaliyalı agenti Paulu Barboza məlumat verib. Onun sözlərinə görə, Maratın karyerasını harada davam etdirəcəyi artıq müəyyənləşib: "Məhz hansı klubda? Hələ ki müqavilə bağlanmadığından bu haqda danışa bilmərəm. Anlaşmanın hələ iki imzalanmamasının səbəbi odur ki, İzmayılov yalnız növbəti "transfer pəncərəsi”ində sifariş oluna bilər”.
Marat ötən yay "Portu” ilə müqaviləsi bitəndən sonra sərbəst futbolçu olaraq klubsuz qalıb. Portuqaliya klubu İzmaylovu "Qəbələ”yə 2013/14 mövsümünün ikinci yarısında icarəyə vermişdi. Futbolçu Azərbaycanda çıxış etdiyi həmin 4 ayda Premyer Liqanın bürünc medalçısı və Azərbaycan kubokunun finalçısı olub.