Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) AVRO-2017-nin seçmə qrup mərhələsinin VII qrupunda növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya yığması olub. 7 oyuna 6 xal toplayan Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Rostov şəhərində "Olimp 2" stadionunda meydana çıxıb.
Ruslar yenə Azərbaycan yığmasına qalib gələ bilməyib. Ötən ilin noyabrın 17-də "Bayıl Arena"da keçirilən matçda böyük hesabla uduzan (0:3) Nikolay Pisarevin yetirmələri bu dəfə 1 xalla kifayətlənib.
Oyunda bütün qollar ikinci hissədə ilk 15 dəqiqədə vurulub. Son vaxtlar "Qarabağ"da yaxşı oyun nümayiş etdirərək qollar vuran yarımmüdafiəçi Mahir Mədətov U-21-də də fərlqənib. Meydan sahibləri 5 dəqiqəyə nəinki hesabı bərabərləşdirə, önə də çıxa bilib. Ancaq "Neftçi"nin müdafiəçisi Rahil Məmmədov bundan cəmi 3 dəqiqə sonra tarazlığı bərpa edə bilib. Bu, oyunda son nöqtə olub və komandalar meydanə hərəyə 1 xalla tərk ediblər.
Hazırda qrupa 5 oyundan 15 xal qazanan Almaniya yığması rəhbərlik edir. İkinci pillədə 12 xalla Avstriya qərarlaşıb. Finalndiya 9 xalla 3-cü pillədə qərarlaşıb. Azərbaycanın 8 oyundan sonra hesabında 7 xal var. Rusiya 5 oyuna 4 xalla 5-ci, 4 oyunda bir xal belə toplamayan Farer adaları isə sonuncudur. Azərbaycan növbəti oyununu bu ilin sentyabrın 6-da məhz autsayderlə keçirəcək.
VII qrup
20:30. Rusiya - Azərbaycan - 2:2
Qollar: İlya Zuyev, 51, Dmitri Barinov, 56 - Mahir Mədətov, 46, Rahil Məmmədov, 59
Baş hakim: Tomaş Musial
Baş hakimin köməkçiləri: Radoslav Sieyka, Yakub Slusarski
Dördüncü hakim: Tomaş Kviatkovski (Hamısı Polşa)
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)
Hakim-inspektor: Nikolae Qriqoresku (Rumıniya)
Rostov. "Olimp 2" stadionu