Hollandiyalı məşhur futbolçu Yohan Kroyff vəfat edib. Sportnet.az-ın məlumatına görə, 69 yaşlı əfsanəvi futbolçu uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkib.
Son olaraq, Hollandiyanın "Ayaks" klubunda müxtəlif vəzifələrdə çalışan Kroyf xəstəliyindən bir müddət öncə həmin komandadan ayrılıb.
O, futbolçu kimi "Ayaks", "Barselona", "Levante", "Feyenoord" komandalarında çıxış etdikdən sonra "Ayaks" və "Barselona"da baş məşqçi işləyib.