Bu gün Azərbaycanıən 16 yaşadək futbolçulardan ibarət yığması (U-16) Maltada UEFA İnkişaf Turnirində ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Lixtenşteyn yığması ilə görüşən milli komanda böyük hesabla qalib gəlib – 8:0. Azərbaycan yığmasının vurduğu qolların yarısının müəllifi Xaqani Sadıqov olub. Bəşir Aylarov, Fərid Məmmədov, Kamran Quliyev və Elcin Cəfərquliyev hərəyə 1 dəfə fərqləniblər.
Azərbaycan U-16-sı turnirdə ikinci oyununu martın 26-da Bakı vaxtilə saat 13:00-da Maltaya qarşı keçirəcək.