İngiltərə məhkəməsi "Sanderlend”in və milli komandanın sabiq futbolçusu Adam Consona hökm oxuyub. Sportnet.az-ın məlumatına görə, yetkinlik yaşına çatmamış - 15 yaşlı qızla cinsi əlaqədə ittiham olan futbolçunun təqsiri sübuta yetirilib.
Nəticədə 29 yaşlı oyunçu 6 il həbs cəzası alıb. Fevralın əvvəlində Conson günahını boynuna alandan sonra klubu onunla müqaviləni pozub. Bundan əlavə, həmin insidentdən sonra idman geyimlərinin istehsalçısı futbolçunun sponsoru olmaqdan imtina edib.
Qeyd edək ki, Adam Conson bir vaxtlar "Mançester Siti”də çıxışı ilə tanınıb, İngiltərə Premyer Liqasının və ölkə kubokunun qalibi olub. O, milli komandada keçirdiyi 12 oyunda 2 qol vurub.