Rusiyanın 21 yaşlılardan ibarət yığma komandası Azərbaycanla bugünkü oyun öncəsi problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi qapıçı Aleksandr Selixov, müdafiəçi Aleksandr Kleşenko və yarımmüdafiəçi Aleksey Mirançukun xidmətindən məhrum olub.
Futbolçular yüksək həraratə səbəb olan virus infeksiyasına yoluxublar. Onlar matç öncəsi xəstəxanaya yerləşdiriliblər. Orada lazımı müayinə aparıldıqdan sonra müalicə kursu təyin olunub. Həmin üçlük təkcə Azərbaycanla bugünkü matçda yox, martın 29-da Almaniya ilə Avropa çempionatının seçmə mərhələ oyununda da yığmaya kömək edə bilməcəyək.